Salam Dostlar,
Bugün VirtualBox-da yüklədiyim Oracle Enterprise Linux 6.5-i başlatdığımda aşağıdakı xətanı aldı.
Xətanın alınma səbəbi Selinux-un düzgün konfiqurasiya edilməməsi idi.
Problemin Həlli üçün Serveri qurduğumuz .iso faylından başladaraq, Rescue mode vasitəsi ilə Selinux ayarlarını düzəltməliyik.
İso faylını seçdikdən sonra başlanğıca aşağıdakı kimi menu gəlir və burdan Rescue installed system seçirik.
Rescue installed system seçdikdən sonra bizdən Dil və klaviatura tipini seçməyimizi istəyir aşağıdakı kimi seçərək davam edirik.
Daha Sonra Şəbəkə Ayarlarını edib etməməyimizi soruşur, No deyərək davam edək.
Ardınca Aşğıdakı pəncərə gələcək və Continue deyərək davam edək.
Ardınca Sistemimizin /mnt/sysimage altında mount ediləcəyi haqqında bildiriş gələcək və aşağıdakı pəncərə açılacaq.
Yuxarıda Ok vurduqdan sonra Aşağıdakı menudan Shell Start shell seçirik və budur Linux terminalı qarşımızda 🙂
Qeyd edim ki, linux terminalı açıldıqda ilk öncə aşağıdakı əmri çalışdırmalıyıq, əks təqdirdə fayllar yalnız Read Only olacaq və dəyişikilik edə bilməyəcəyik.
chroot /mnt/sysimage
Artıq terminal açıldıqdan sonra
/etc/selinux/config
Faylını aşağıdakı kimi redaktə edib Save edirik və sistemə yenidən restart veririk.