Oracle

PL/SQL ilə fayla yazmaq.

link_2_en

PL/SQL ilə fayla yazmaq.

Bəzən pl/sql də çıxan nəticələri fayla, birbaşa əməliyyat sisteminə yazmaq istəyə bilərik. Bu durumlarda utl_file paketindən istifadə edə bilərik.

İlk öncə qısa bir nümünəyə baxaq, ardından utl_file özəlliklərini incələyərik.

Birinci addım olaraq fiziki olaraq qovluq yaradaq və həmin directory-ni oracle-a tanıdaq.

C:\orareports\

Create or replace directory ORAREPORTS as 'C:\orareports\';

İndi isə yaratdığımız qovluqda .txt faylına yazaq.


declare
  si_file utl_file.file_type;
  si_name varchar2(100);
  si_salary number;
begin

select name, salary into si_name, si_salary from emp_test where id =2;
   

  si_file := utl_file.fopen('ORAREPORTS', 'emp_info.txt', 'w');
 
  utl_file.put(si_file, 'Name: ');
    utl_file.put(si_file, si_name);
  utl_file.put_line(si_file, '');
  utl_file.put(si_file, 'Salaray: ');
    utl_file.put(si_file, si_salary);
 
  utl_file.fclose(si_file);
exception
  when others then
    dbms_output.put_line('Error:' || sqlerrm);
end;


Yuxarıda fopen ilə ORAREPORTS qovluğunda emp_info.txt faylı yaradırıq. Burda üçüncü parametr olan ‘W‘ isə yaradacağımız faylı hansı formada açacağımızı göstərir.
fopen ilə aşağıdakı rejimlərdə faylları aça bilirik.

  • r — read text
  • w — write text
  • a — append text
  • rb — read byte mode
  • wb — write byte mode
  • ab — append byte mode

 

Həmçinin Oxu:  Kernel panic - not syncing: Attempted to kill init! exitcode=0x00000100

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir