Ümumi

Stackoverflow 2017 Anketi

Stackoverflow 64 min developerin qatıldığı bu ilki Developer Anketinin nəticələrini yayınladı…

Demək olarki,  dünyanın hər bir yerindən anketə qatılan developerlərin sayı təxminən 64.000 nəfər olmuşdur. Anketə əsasən Azərbaycanlılar sorğuda iştirak edənlərin 0.0527%-i təşkil etmişdir.  Qonşu ölkələrlə müqayisədə həm Gürcüstandan, həmdə Ermənistandan geridə olduğumuzu görürük. Ümumi olaraq Ölkələr üzrə qatılanların statistikası aşağıdakı kimidir.

stackoverflow_anket_olkeler

Anketə qatılanların professionallıq sahələri aşağıdakı kimidir. Web Developerlər ən başda gəlirlər 🙂  Ardınca desktop və mobil proqramçılar yer alıblar.

stackoverflow_anket_ixtisaslar

Anketə görə 2017-nin ən populyar dilləri aşağıdakı kimidir. Siyahıya liderliyi 62.5% lə JavaScript, ardınca isə SQL və Java edir.

stackoverflow_anket_popular_diller

Proqramlaşdırma dillərinin son 5 ildəki populyarlığına baxdıqda C#, C++, C, PHP nin populyarlılığının azaldığını görərkən JavaScript, Phyton və Node.js-in yüksəldiyini izləyirik.

stackoverflow_anket_language_popuarity

Anketə qatılan Developerlərin ən çox tövsiyyə etdikləri öyrənmə metodu isə online video dərslər, ardınca isə Kitablar olub.

stackoverflow_anket_tavsiyye_oyrenme_yontemleri

Ən Çox istifadə olunan Database isə MySQL olub. MySQL sonra SQL Server və SQLite gəlir.stackoverflow_anket_db

Anketlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.

http://stackoverflow.com/insights/survey/2017/

 

 

Həmçinin Oxu:  Linuxda qovluq və alt qovluqlarda fayl sayın tapmaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir