Linux, Ümumi

Oracle Enterprise Linux Hostname dəyişmək

Oracle Enterprise Linux Əməliyyat Sistemində Hostname anlıq və ya həmişəlik dəyişdirmək.

Bəzən sistemimizdə hostname-i dəyişmək ehtiyacı yarana bilər. Bunu ya birdəfəlik və yaxud da ki, növbəti reboot-a qədər qalacaq şəkildə edə bilərik.
İlk öncə sistemimizin cari hostname-ini öyrənək. Bunun üçün hostname əmrini parametrsiz çalışdıracağıq.

[[email protected] ~]$ hostname
localhost.localdomain
[[email protected] ~]$

Hostname dəyişmək üçün hostname əmrindən istifadə edəcəyik. Bu əmri çalışdıra bilmək üçün root olaraq giriş etməliyik.
Sadəcə bir şeyə diqqət etmək lazımdır ki, Bu dəyəri hostname əmri ilə dəyişdirdikdə rebootdan sonra yenə əvvəlki qiymətini almış olur.

[[email protected] ~]$ su root
Password:
[[email protected] admin]# hostname sevdimali.localdomain
[[email protected] admin]#
[[email protected] admin]#
[[email protected] admin]# hostname
sevdimali.localdomain
[[email protected] admin]#
[[email protected] admin]#

Yuxarıdan da göründüyü kimi hostname parametri yeni qiymətini aldı. Sadəcə olaraq bu anlıq bir dəyişiklikdir. Növbəti reboot zamanı hostname-imiz əvvəlki qiymətinə(localhost.localdomain) qayıdacaq.
İndi isə hostname-i həmişəlik olaraq dəyişək. Bunun üçün /etc/sysconfig/ altındakı network faylını dəyişdirəcəyik.
Bunu dəyişdirə bilmək üçün yenə root olaraq giriş etmək lazımdır. Root olaraq giriş etdikdən sonra vi ilə network faylını açıb hostname hissəsini dəyişirik. Artıq burdan dəyişdirdikdən sonra bu dəyişiklikər həmişəlik qalacaqlar.

[[email protected] ~]$ su root
Password:
[[email protected] admin]#
[[email protected] admin]#
[[email protected] admin]# vi /etc/sysconfig/network
NETWORKING=yes
HOSTNAME=sevdimali.localdomain
~
~
~
:wq!
[[email protected] admin]# hostname
localhost.localdomain
[[email protected] admin]#
Həmçinin Oxu:  Revolver Şahmat Səhnəsi[Tərcümə]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir